Məşhur futbolçu həbs oluna bilər - 10 il

Türkiyənin "Antalyaspor" klubunun futbolçusu Samuel Etonun başı dərddədi.

İspaniyada kamerunlu futbolçunun 10 il müddətinə həbs olunması üçün iddia qaldırılıb. Buna səbəb 35 yaşlı hücumçunun vergidən yayınmaqda ittiham olunmasıdı.

2006-2009-cu illlərdə "Barselona"da çıxış etdiyi zaman Eto 3,5 milyon avro vergi ödəməməkdə günahlandırılır. İspaniya mətbuatının yazdığına görə ulduz futbolçunun həbsindən əlavə 14 milyon avro təzminat ödəməsi də tələb olunur./qafqazinfo.az/

MediaFax