Məşhur cütlük rəsmən boşandı

Məşhur cütlük Coni Depplə Ember Herd rəsmən boşanıb.

"İnterfaks”ın verdiyi məlumata görə, Los-Anceles məhkəməsi cütlüyün 8 aydır davam edən boşanma prosesini yekunlaşdırıb.

C. Depp keçmiş arvadına 7 milyon dollar ödəməli olacaq və bu məbləğ xeyriyyəçiliyə sərf olunacaq.

Aktyora isə "Chevrolet Corette” (1958) və "Triumph” motosikleti (1949) istisna olmaqla avtomobil kolleksiyasının böyük hissəsi çatıb.

Xatırladaq ki, E. Herd eks-ərindən 2016-cı ilin mayında fiziki təcavüz iddiası ilə boşanmaq üçün məhkəməyə müraciət edib./qafqazinfo.az/

MediaFax