Məşhur bulağı bu günə qoyublar - Fotolar

Azərbaycanın həm zəngin təbiəti, həm də yeraltı sərvətləri imkan verir ki, ölkədə turizm sahəsi inkişaf etdirilsin.
 
Müxtəlif bölgələrdə təbiətin bəxş etdiyi şəfalı mineral suların olması isə bu sahənin inkişafı üçün ayrıca töfhədir.

Bəs görəsən, təbiətin bizə bəxş etdiyi yeraltı və yerüstü sərvətlərimizə sahib çıxmağı bacarırıqmı?

İndi sizə təqdim edəcəyimiz şəkillər həm də sualımızın cavabına aydınlıq gətirəcək.
 


 

Gördüyünüz bu fotolar Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində yerləşən məşhur Narzan bulağında çəkilib.
 
Bu fotoları jurnalist Sənan Nəcəfov öz feysbuk səhifəsində paylaşıb və bunları qeyd edib:
"Məşhur Narzan bulağının çıxdığı yer. Allahın verdiyi bu möcüzəni görün necə qoruyuruq? Məncə Allah taalanın bir möcüzəsi də olmalıdır: bu bulağın yanında da bir bulaqdan davamlı məktub gəlməlidir. Və orada yazılmalıdır: Azərbaycanlılar, mənim sevimli övladlarım, təbiətin bu gözəl nemətini sizə vermişəm. Siz də təmiz saxlayın və qoruyun. Görəsən nə olmalıdır ki, bulağın üstünü belə saxlayasan?”
 
Həqiqətən də, insanların həm sərinləmək, həm də müalicə məqsədilə istifadə etdikləri bulağın ətrafını zibilxana çevirməsi olduqca acınacaqlı mənzərədir./moderator.az/

MediaFax