Məşhur amerikalı aktyor Rusiya vətəndaşı oldu - Putinin fərmanı ilə

Stiven Siqal Rusiya vətəndaşı oldu

Məşhur amerikalı aktyor Stiven Siqal Rusiya vətəndaşlığına qəbul olunub.  
 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
 
Stiven Siqal 1952-ci il aprelin 10-da ABŞ-da doğulub. Bir çox əlbəyaxa döyüş filmlərində baş rollar oynayıb.

MediaFax