Məscidlərdə bayram namazı qılınıb

Qurban bayramı münasibətilə Azərbaycanın məscidlərində bu gün səhər saatlarında bayram namazı qılınıb.
 
Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzəpir məscidində isə 09:00-da baş tutub. 
 
Təzəpir məscidində bayram namazı axund Hacı Mircəfər və Hacı İrşadın imam-camaatlığı ilə qılınıb.
 
Xatırladaq ki, sentyabrın 12-də və 13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

MediaFax