Məktəbli 6 milyonluq təklifə “yox” dedi

Böyük Britaniyanın Yorkşir qraflığından olan 16 yaşlı məktəbli Məhəmməd Əli dünyada analoqu olmayan sayt yaradıb.
 
Öz ortağı 60 yaşlı Kris Torpe ilə birlikdə bazar təkliflərinin müqayisəsi və əlverişli qiymət üzrə məhsulların axtarışı üçün nəzərdə tutulmuş Weneed1.com xidmətini hazırlayan məktəbliyə artıq saytı satmaq üçün təkliflər də gəlməkdədir.

Bu barədə "The Sun” məlumat yayıb. Nəşrin materialında iddia edilir ki, artıq Amerika investorları saytla maraqlanmağa başlayıblar və 2016-cı ilin dekabrında məktəbliyə 5 milyon funta (təxminən 6 milyon dollar) layihəni satmağı təklif ediblər.

Lakin bu alicənab təklifə Əli mənfi cavab verib. Onun sözlərinə görə, əgər texnologiya və konsepsiya üçün belə pul təklif edirsə, onda gələcəkdə Weneed1.com-un dəyəri daha da artıq olacaq.

"Mən anlayıram ki, bu böyük riskdir, amma mən özümə məxsus bir şey etmək istəyirəm", - deyə yeniyetmə bildirib.

Qeyd edilir ki, hələ 2006-cı ildə Əli aya 7,5 dollar abunə dəyəri olan videooyun yaradıb və demək olar ki, bundan 40 min dollar qazanıb.

"Mən hər şeyi kitablardan və YouTube-da olan videoçarxlardan öyrəndim. Heç də hər şey məktəbdə tədris olunmur. Mən bununla başqa insanlara ilham vermək istəyirəm. İçki içən yeniyetmələr məndə nifrət doğurur",- deyə Əli bildirib.

Qeyd edək ki, Weneed1.com-un tam versiyası yanvar ayının 28-də buraxılacaq./virtualaz.org/

MediaFax