Maşınlar bahalaşıb? - Video

Bu gün maşın bazarında qiymətlərdə artım müşahidə olunur.

Bu, xüsusən "birinci əl”, yəni yeni avtomobillərə aiddir. Çünki, onlar xaricdən dollarla alınır və satışı da uyğun olaraq yüksək qiymətə həyata keçirilir. "İkinci əl” maşınların alış-satışında isə ötən illərin müvafiq dövrünə nisbətən enmə müşahidə olunur. Hazırda isə əlindəki vəsaiti reallaşdırmaq istəyənlər gözləmə mövqeyindədir.

Müstəqil ekspert Məsim Abadov məsələyə münasibət bildirib: "Qiymətlərin dəyişməsi insanların qeyri-ixtiyari ehtiyatlı hərəkət etməyi, əlində olan valyutanı birdən-birə dövriyyəyə buraxmamağı, müəyyən məbləğə qənaət edib saxlamağı, alış-verişi daha az risklə etmək üçün azaltmağı səbəbi ilədir. Bu da dövriyyəni azaldır. Dünya bazarında yaxın illərdə bir neçə faiz ikirəqəmli olmasa, qalxma-enmə müşahidə olunacaq. Xarici valyutanın yerli valyutaya qarşı möhkəmlənməsi hələ ilin sonunadək davam edəcək”. (Region TV)
 


MediaFax