Maşını aşırdan sürücünün anası öldü - 6 nəfər yaralandı

Ağdaşda maşın aşıb, 1 nəfər ölüb.
 
DİN-in saytının verdiyi məlumata görə, dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sərnişini, anası Mərcan hadisə yerində ölüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./APA/

MediaFax