Maşın traktora çırpıldı - Yaralılar var

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Böyük Qışlaq kəndinə gedən yolun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ 21099” markalı avtomobilin traktora çırpılması nəticəsində avtomobildə 3 nəfər - Əsrik kənd sakinləri, 1968-ci il təvəllüdlü Şəhla Tağıyeva, onun oğlu 1990-cı il təvəllüdlü Elnur Tağıyev və 1992-ci il təvəllüdlü Rasim Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır./APA/

MediaFax