Manana Çovdarovla əlaqəsindən danışdı

Keçmiş MTN generalı Akif Çovdarovun müğənnilərlə olan əlaqəsi yenidən xəbər manşetinə çevrilib.

Bu siyahıda adı hallanan Manana Çaparidze açıqlama verərək Akif Çovdarovla heç bir əlaqəsinin olmadığını bildirib. İfaçı, Akif Çovdarovla həmyerli olmalarından irəli gələrək əlaqələrinin yaranması xəbərinə  sərt reaksiya verib:

"Nə olsun ki, gürcüstanlıdır, deməli əlaqə olmalıdır? Mən artıq yorulmuşam. Bununla bağlı məndən soruşublar, cavab vermişəm. Artıq deməyəcəyəm. Mən heç kimdən qorxmuram. Vəssalam”./gununsesi.info/

MediaFax