Mahmudovun “speskonteyner”ləri qeybə çəkilib? - Müəmma

Bundan bir neçə ay öncə MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun nazir işlədiyi zaman sahib olduğu yüz milyonlarla manat vəsaiti saxlamaq üçün xaricdən "speskonteyner” adlandırılan xüsusi konteynerlər gətizdirdiyindən bəhs edilmişdi.
 
Vurğulanmışdı ki, pul kütlələrinin xarab olmaması üçün məxsusi olaraq düzəldilən, havalandırma sistemi və temperatur tənzimləyicisi ilə təmin edilən bu konteynerlərdən Qərb ölkələrinin banklarında istifadə edilsə də, sabiq nazir bu qəbildən olan bir neçə konteyneri şəxsi məqsədləri üçün sifariş edərək Azərbaycana gətirib.

Bu günlərdə özəl mənbədən saytımıza məlum konteynerlərlə bağlı maraqlı informasiya daxil olub. Mənbənin iddiasına görə, "MTN işi”ndən dərhal sonra özünün başlıca sərvətini gizlətməyə, müsadirə dalğasından qorumağa çalışan sabiq nazir bu konteynerləri özünə yaxın olan banklardan birində yerləşdirib. Sadəcə hüquq-mühafizə orqanlarının deyil, medianın da onun sərvətinin axtarışına çıxacağını anlayan E.Mahmudov, hamının axtardığı şeyi "göz önündə” saxlamaqla məlum konteynerləri içindəki tonlarla pul kütləsi ilə birlikdə bu günə qədər hifz etməyi bacarıb. 

Mənbənin sözlərinə görə,  adı sabiq MTN rəhbərliyi ilə qanunsuz əməkdaşlıqda hallanan bankların əsaslı təftişi hələ də qaranlıq qalan bir sıra mətləblərlə yanaşı, "speskonteyner”lərin taleyinə də aydınlıq gətirə bilər./moderator.az/

MediaFax