Maduro Putini mükafatlandırmaq fikrinə düşüb

Biz Uqo Çaves adına öz sülh mükafatımızı təyin edib, onu Rusiya prezidenti Vladimir Putinə verəcəyik. 
 
Bunu jurnalistlərə açıqlamasında Venesuela prezidenti Nikolas Maduro söyləyib.
 
Onun sözlərinə görə, Putin ona verilən mükafatı səmimi qəlbdən qəbul edəcək.
 
O, həmçinin Putini sülh uğrunda savaşçı və çoxqütblü dünyanın qurucusu adlandırıb.
 
Qeyd edək ki, dünən Kolumbiya prezidenti Xuanu Manuelo Santos Nobel sülh mükafatına layiq görülüb. O, bu mükafatı ölkədə yarım əsrdir davam edən vətəndaş müharibəsini bitirdiyinə görə alıb./axar.az/

MediaFax