1 saatın işçisi mağazaya divan tutdu - Video

Paytaxtın Səbail rayounu, Bülbül prospekti 10 ünvanında oğurluq hadisəsi baş verib.

Məlumata görə, "Sahil" metrostansiyası ilə üzbəüz olan market qarət olunub. Mağazanın sahibi, 33 yaşlı Ceyhun Babayev bildirib ki, günorta saatlarında mağazaya bir oğlan yaxınlaşaraq, kassir işləməyi bacardığını və iş axtardığını deyib. Onu işə götürdüyünü deyən market sahibi, satıcını nəzarətdə saxlamaq üçün mağazada olan digər bir əməkdaşa göstəriş verib. 

İşə başladığı cəmi 1 saatdan sonra Xaliq adlı şəxs kassada olan 850 manatı götürürək mağazanı tərk edib. İşçilər onun arxasınca çölə çıxsalar da, onu saxlaya bilməyiblər.

Oğurluğu törədən şəxs mağazada olan təhlükəsizlik kamerasına düşdüyündən, onu tapmaq heç də çətin olmayıb. Həmin şəxsi 39-cu Polis Bölməsinin əməkdaşları yaxalayaraq istintaqa təhvil veriblər. Faktla bağlı araşdırma aparılır./aznews.az/
 


MediaFax