Luvr muzeyində atışma

Bu gün əlində bıçaq və çanta olan naməlum şəxs Fransanın paytaxtı Parisdəki məşhur Luvr muzeyinə girmək istəyib.
 
"Reuters"in verdiyi məlumata görə, həmin şəxs əsgərlər tərəfindən vurularaq zərərsizləşdirilib. O, ağır yaralanıb. Şahidlər onun kürəyindən vurulduğunu bildiriblər.
 
Muzeydəki ziyarətçilər təxliyyə edilib.  
 
Yaxınlıqdakı metro stansiyası təhlükəsizlik məqsədilə müvəqqəti bağlanıb./APA/

MediaFax