“London taksisi” qəza törətdi - Foto

Bakıda "London taksisi" qəza törədib.
 
Yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Hənifə Ələsgərov küçəsində "Opel" markalı avtomobillə "London taksi" xidmətinə məxsus avtomobil toqquşub. Xəsarət alan olmayıb. "Opel" markalı avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "London Taksi" xidmətinə məxsus avtomobilin sürücüsünün səhvi olub.

Faktla bağlı araşdırma aparılır./report.az/
 


MediaFax