Liderlə vida mərasimi - Video

Özbəkistanda mərhum prezident İslam Kərimovla vidalaşmaq üçün minlərlə sakin Səmərqəndə toplaşıb.

Daşkənddən gətirilən prezident cənazəsi kortejini qarşılamaq üçün hava limanından Səmərqəndə kimi insanlar sıra ilə düzülüb. Göz yaşlarıyla müşayiət olunan kortej Səmərqəndin mərkəzinə - qədim minarələrin olduğu Registan meydanına doğru hərəkət edib. Burada vida mərasimi üçün tabut quraşdırılıb.

Matəm karvanı buradan Şahi-Zinda tarixi qəbiristanlığına yola düşəcək. Burada orta əsr xadimləri, həmçinin İslam Kərimovun valideynləri dəfn olunub. Prezident özü də valideynlərinin yanında dəfn olunacaq.

Məlumat üçün bildirək ki, son 20 ildə Şahi-Zindada heç kim dəfn olunmur./aznews.az/
 

MediaFax