Lənkəranskinin qətldən öncəki görüntüləri yayıldı - Video

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnərək öldürülən qanuni oğru Rövşən Lənkəranskinin ölümündən əvvəlki son görüntüləri ortaya çıxıb.

Beşiktaşda bir oteldən çıxan azərbaycanlı qanuni oğru və adamlarının görüntüləri müşahidə kamerasına düşüb. Lüks bir cipə minərkən odlu silahdan açılan atəş nəticəsində yaralanan Rövşən Lənkəranski dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin bütün cəhdlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb./teleqraf.com/
 

MediaFax