Rövşən Lənkəranski dəfn olundu - YENİLƏNİB - VİDEO + FOTOLAR

18.08.2016
19:43

Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin cənazəsini gətirən xüsusi təyyarə reysi bu axşam saat 21:45 də Lənkəran Hava Limanına enəcək.
 
MediaFax bizimxeber.az-a istinadən xəbər verir ki, cənazə oradan da mərhumun ata yurduna aparılacaq.
 
Qanuni oğru "Rövşən Lənkəranski” sabah Lənkəranda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin...
 
---------------
19.08.2016
00:16
 
Bu dəqiqələrdə Rövşən Lənkəranskinin cənazəsi doğulduğu torpağa gətirilib.
 
MediaFax xəbər verir ki, təyyarə artıq Lənkəran aereportundadır.
 
Cənazəni qarşılamaq üçün xeyli sayda insan toplanıb, izdiham yaşanır.
 
---------------
19.08.2016
00:45

Aeroportda böyük izdiham müşahidə olunur. Hava limanında 2-3 min yerli sakinin olduğu bildirilir. Vətəndaşlar Lənkəranskinin cənazəsini evinə qədər, "Allahu Əkbər" və "Rövşən, Rövşən” deyərək yola salırlar.
 
------------
11:32 
 
İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranski (Canıyev) doğulduğu Lənkəran şəhərində dəfn edilib.
 
R. Lənkəranski Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.
 
Dəfn mərasimində xeyli insan iştirak edib.
 
Qeyd edək ki, R. Lənkəranskinin cənazəsi gecə saatlarında xüsusi reyslə İstanbuldan Lənkərana gətirilib. R. Canıyev İstanbulda naməlum şəxslər tərəfindən güllələnib. Xəsarətlə İstanbulun Florence Nightingale Xəstəxanasına yerləşdirilib və orada  dünyasını dəyişib.
 
Qeyd edək ki, Rövşən Canıyev "oğru dünyası”nda "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Canıyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.
 
Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
 
İtaliya məhkəməsi də Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan edib. Bu səbəbdən o soyadını dəyişərək Əliyev edib. İtaliya məhkəməsi onu mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilib./apa.az/
 
-------------
00:45 
 
Rövşən Canıyevin nəşinin evinə yola salınma mərasimindən çəkilmiş videonu təqdim edirik:
 
 
--------------
11:32 
 
 





MediaFax