Ölən xəstənin yaxınları həkimləri günahkar çıxartdılar

Ağdamda vəfat etmiş xəstənin yaxınları xəstəxana işçiləri arasında qarşıdurma yaranıb.
 
Bərdə rayonu Soğanverdilər kəndində məskunlaşan Ağdam rayon Xıdırlı kənd sakini, 51 yaşlı Mehtiyev Musa Zakir oğlunun insult keçirdiyini hiss edən yaxınları Ağdam Təcili-Tibbi Yardım Şöbəsinə zəng edib.
 
Tibb işçiləri hadisə yerinə çatanadək M. Mehtiyev dünyasını dəyişib. Buna qəzəblənən mərhumun yaxınları Ağdam Mərkəzi Rayon Xəstəxanasına gəliblər və nəticədə burada münaqişə yaranıb.
 
Ağdam Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev Ağdam Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.
 
Faktla bağlı araşdırma aparılır. B. Haqverdiyevin müraciətinə Ağdam Rayon Prokurorluğunda baxılacaq./APA/

MediaFax