İngiltərə Xarici işlər naziri Baris Conson rusiyalı həmkarı Lavrovun dəvətini qəbul edərək Moskvaya səfər edəcək.
İngiltərə XİN-i açıqlamasında bu səfərdə İngiltərə-Rusiya əlaqələri ilə yanaşı bir çox beynəlxalq məsələlərin müzakirə ediləcəyini bildirilib:
"Baş nazir Tereza Mey və Xarici işlər naziri Conson Rusiyaya yönəlmiş "Əlaqə qur, ancaq diqqət et” siyasətini açıq bir şəkildə göstərdi. Ziyarət də bu yanaşma ilə tamamilə uyğundur”.
XİN açıqlamasında iki dövlət arasındakı münasibətlərin normallaşmadığını da qeyd edib:
"Bu səfər hər şeyin normallaşdığı mənasına gəlmir. Xarici işlər naziri fikir ayrılıqları olan mövzularda qətiyyətli olmağı davam etdirəcək. Milli maraqlarımıza uyğun yerlərdə İngiltərənin Rusiya ilə əlaqə quracağı mövzusunda hər zaman açıq olduq. Səfərin nə vaxt olacağı ilə bağlı dəqiq məlumatlar yaxın bir zamanda açıqlanılacaq./axar.az/
MediaFax