Laqunda ilə kəsdiyi mərmi partladı: özü öldü, maşını yandı - Azərbaycanda

Sumqayıt şəhərində ölümlə nəticələnən partlayış baş verib.
 
Avqustun 12-də saat 13 radələrində şəhərin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən  tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib.
 
Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və  orada ölüb. Həyətdə olan "Tavriya” markalı avtomobil isə yanıb.
 
Araşdırma aparılır./APA/

MediaFax