“Lamiyə işi” Avropa Məhkəməsinə çıxdı

2003-cü ildə Şəmkir rayonunun o zamankı icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevlə bağlı hökmdən şikayətə Avropa Məhkəməsində baxılacaq.

Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib.

O bildirib ki, işlə bağlı Avropa Məhkəməsi ilə kommunikasiya başlayıb.

Qeyd edək ki, R.Aslanovun qətli ilə bağlı Vüqar Əliyev və nişanlısı Lamiyə Quliyeva təqsirləndirilib. L.Quliyeva həmin vaxt yetkinlik yaşına çatmadığı üçün 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrum edilib.

L.Quliyevaya 2013-cü ildə cəzaçəkmə müəssisəsində intizam qaydalarını pozmağa görə əlavə cinayət işi açılıb və hökm oxunub. 2015-ci ilin fevralın 19-da Appelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. L.Quliyeva cəzaçəkmə müəssisəsində olarkən, 2012-ci ildə uşaq dünyaya gətirib./qafqazinfo.az/

MediaFax