Küçədən qadın meyiti tapıldı

Gəncədə qadın meyiti aşkarlanıb.
 
Bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində təxminən 60-65 yaşlarında qadın meyiti aşkarlanıb. İlkin məlumata görə, qadın təmizlik idarəsinin işçisi olub və o yolu süpürən zaman avtomobil onu vurub. Qadının kimliyi və onu vuran avtomobil hələ ki, məlum deyil.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır./APA/

MediaFax