Kriminal xəbərlər niyə çox oxunur?

Kanadanın MakGil universitetinin alimləri insanların niyə qanlı xəbərlər oxumağa meylli olmasını araşdırıblar.

Rusiya mətbuatı xəbər verir ki, tədqiqatın müəllifləri – Stüart Sorok və Mark Trassler könüllüləri okuloqrafiya ilə sınağa cəlb ediblər.

Könüllülərə xəbərlər arasından istənilən məqaləni seçmək təklif olunub. Amma bu zaman gözün reaksiyasını öyrənmək üçün xüsusi videokamera quraşdırılıb. İştirakçılar qısa videoçarxa baxıblar və hansı siyasi xəbəri oxumaq istədiklərini söyləyiblər. Məlum olub ki, könüllülərin əksəriyyəti daha neqativ informasiyaya üstünlük verirlər.

Alimlər hesab edirlər ki, belə qanunauyğunluq insanların təhlükəni hiss etmək instinkti ilə izah olunur. İnsan üçün pis xəbərlər, sanki onu hərəkətə sövq etmək üçün siqnaldır.

Amma bunu başqa cür izah edənlər də var – insan üçün onu əhatə edən dünya daha sakit görünür, buna görə neqativə dərhal diqqət yetirir./virtualaz.org/

MediaFax