Korrupsionerləri edam gözləyir

Tailandda korrupsiya ittihamı üzrə günahkar bilinən dövlət qulluqçularının vurduqları zərər 1 milyard batı (28,6 milyon dollar) keçərsə, barələrində ölüm hökmü çıxarıla bilər.
 
Bu təklif islahatlar üzrə milli komitədə bəyənilib.

Komitənin 162 üzvündən 155-i dəyişikliyin lehinə səs verib. Bundan sonra baxılmaq üçün hökumətə, parlamentə və Konstitusiya komissiyasına göndəriləcək.
 
Tailandda artıq neçə ildir ölüm hökmü icra olunmur.

Bu ölkədə, adətən ölüm hökmü hansısa təntənəli hadisə ilə bağlı kral amnistisiyası ilə ömürlük həbslə əvəzlənir./modern.az/

MediaFax