Koreya liderinin qardaşının ölümü ilə bağlı Yeni xəbər

Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlinin istintaqı ilə bağlı daha bir nəfər saxlanılıb.

Bu barədə Malayziya polisinə istinadən Çinin "Sinxua” agentliyi məlumat yayıb. Saxlanılan şəxs 26 yaşlı Malayziya vətəndaşıdır. Əvvəl saxlanılan şəxslər isə qadınlar idi. Onların adı açıqlanmır.

Polis tərəfindən saxlanılan qadınlarının birində İndoneziya, digərində Vyetnam pasportu aşkarlanıb. Onlardan biri müşahidə kameralarının köməyi ilə aşkar edilib.

Kim Çen Namın həmin iki qadın tərəfindən Kuala Lumpur aeroportunda zəhərləndiyi bildirilir.

Malyaziya hakimiyyəti istisna etmir ki, Kim Çen Namın üzərində tibbi istintaq aparıldıqdan sonra onun nəşi KXDR-ə verilsin./avropa.info/

MediaFax