16:10
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın qardaşı Malayziyada öldürülüb.
Bu barədə "Reuters” agentliyi "Yönhap” agentliyinə və Cənubi Koreyanın başqa KİV-inə istinadən məlumat yayıb.
Cənubi Koreya hökumətindən olan mənbənin agentliyə verdiyi məlumata görə, Kim Çen Nam bazar ertəsi səhər öldürülüb.
"Chosun” kabel televiziyası "Reuters”ə istinadən yaydığı məlumata görə, Koreya liderinin qardaşı aeroportda iki qadın tərəfindən zəhərlənib.
Malayziya polisinin araşdırmasına görə, Koreya Xalq Demokratik Respublikası vətəndaşı Kuala-Lumpurun aeroportundan xəstəxanaya aparılarkən yolda ölüb.
Onun şəxsiyyəti ilə bağlı məlumat verilmir.
Kim Çen Nam Kim Çen İrin böyük oğludur və Koreya Xalq Demokratik Respublikasının liderinin ögey qardaşıdır./virtualaz.org/
--------------
18:52
Malayziya hökuməti Şimali Koreya prezidenti Kim Çen Inın qardaşı Kim Çon Namın ölümünü təsdiqləyib.
"Reuters”in məlumatına görə, yerli polis onun hansı səbəbdən öldüyünü müəyyənləşdirməyib.
Qeyd olunur ki, 45 yaşlı Nam Şimali Koreyanın inzibati rayonu Makaoya səfər etməli imiş.
Xatırladaq ki, bu gün KİV-də Kim Çon Namın Malayziyada Kuala-Lumpur hava limanında iki naməlum qadın tərəfindən zəhərləndiyi haqda xəbər yayılıb./qafqazinfo.az/