Kommunal xidmət göstərən qurumlar özəlləşdirilsin - Milli Məclisdə təklif

Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsi təklif edilir.

Bu təkliflə Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: "İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə gəlir verəcək”./modern.az/

MediaFax