Klub terroru ilə bağlı yeni görüntülər - Video

Yeni il gecəsi İstanbulun mərkəzini qana boyayan terrorçunun yeni görüntüləri yayılıb.

Türkiyə mətbuatı xəbər verir ki, 40 nəfərin ölümünə səbəb olan terrorçu kluba taksi ilə gəlib.

Zeytunburnu ərazisində evdən çıxarkən görüntülənən terrorçu bir anda kameralardan itib.

Xatırladaq ki, bayram gecəsi İstanbulun Ortaköy ərazisində yerləşən "Reina” gecə klubuna hücum edilib. Nəticədə 40 nəfər həlak olub./musavat.com/
 

MediaFax