Klinton seçkilərdən sonra nə edir?

ABŞ prezidentliyinə demokratların namizədi, keçmiş dövlət katibi Hillari Klinton seçkilərdə uduzandan sonra ilk dəfə adam arasında görünüb.

Nyu York sakini Marqo Qerster onunla təsadüfən meşədə gəzinti zamanı rastlaşıb. Qadın özü bu barədə Facebook səhifəsində bildirib.

Qersterin bildirdiyinə görə o, qızı ilə gəzintidə olarkən qəfildən Hillari Klintonla və əri Bill Klintonla rastlaşıb, onlar itləri ilə birlikdə meşədə gəzirmiş. Qersterin xahişi ilə Bill Klinton onunla Hillarinin birgə fotosunu çəkib.
 
 

"O, bu cür ağır zərbə alan başqası necə görünürdüsə elə görünürdü. Hillari mənə qarşı çox xeyirxah və diqqətli davrandı”-Qerster deyib. O, bildirib ki, seçkilərdə Hillari Klintona səs vermişdi və bununla fəxr edir. "Dünən çox dəhşətli gün idi, fikrimcə mən Hillari ilə qarşılaşdımsa bu yaxşı əlamətdir. Bu fotonu yayıram ki, insanlara ümid geri qayıtsın”- Nyu York sakini yazıb./virtualaz.org/

MediaFax