Kitab oxuyanlar daha çox yaşayırlar - Maraqlı

Araşdırmalara görə hər gün ən azı yarım saat kitab oxuyan adam öz ömrünü bir neçə dəqiqə uzatmış olur. 

ABŞ-ın nüfuzlu Yaley Universitetinin alimləri 50 yaşdan yuxarı 3700-ə qədər insan arasında apardıqları təcrübələrdə belə qənaətə gəliblər ki, həftədə 3,5 saatdan çox kitab oxuyan adamlar başqalarına nisbətən ən azı 2 il çox yaşayır. Alimlər kitab mütaliəsinin zehni fəaliyyəti aktivləşdirməsi  və onu sağlam saxlaması nəticəsində insan ömrünü bir neçə il uzatmağa qadir olduğunu qeyd edirlər. 

Onların fikrincə, iki il minimal başlanğıc həddidir. Daha çox kitab oxuyanlar ömürlərini bir o qədər də artıra bilərlər. Lakin bu çox nisbi məsələdir. Təbii ki, başqa fiziki xəstəliyi olan adamın nə qədər kitab oxumasından asılı olmayaraq başqalarına nisbətdə az yaşaması realdır. 

Yaley Universitetinin alimləri kitab mütaliəsinin  insana təsirinin başqa yönlərini də araşdırıblar. Mütəxəssislər hətta elektron kitabla, adi kitabın insana göstərdiyi təsirlər arasındakı fərqləri də müəyyən ediblər./moderator.az/

MediaFax