Kirpi üstündə dava düşdü - Bakıda

Azərbaycanda kirpi alan istehlakçının başına iş gəlib.

Bu barədə saytımıza Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, Bakı sakini Emil Səfərov Qaçaq Nəbi 44.D küçəsində yerləşən zoo mağazadan kirpi alıb, lakin qəbzi tələb etməyib. Bütün olaylar da bundan sonra başlayıb: "Satıcı ona kirpini yedizdirməklə bağlı məsləhətlər verib. Emil Səfərov kirpini evə aparandan sonra görüb ki, kirpi heç nə yemir. Az sonra istehlakçı kirpinin xəstəhal olduğunu müşahidə edib. Emil Səfərov kirpinin tikanının töküldüyünü görəndə onu aldığı mağazaya aparıb”. 

E.Hüseynovun sözlərinə görə, E.Səfərov mağazada kirpinin dəyişdirilməsini tələb edib və orada dava düşüb: "Mağaza sahibi kirpini geri götürməyə razı olub, lakin şərt qoyub: "Əgər kirpi bir gün müddətində ölməsə, 15 manatını geri verərik”. Emil kirpini mağazaya verib pulu geri istəyəndə isə deyiblər ki, "hara gedirsən get, şikayət elə, kirpi bizdə qalır, üstəlik pulunu da vermirik”.

Birlik sədri məsələ ilə bağlı rəsmi qurumlara müraciət olunduğunu vurğulayıb./aznews.az/

MediaFax