Kinoya görə dava düşdü, 100 nəfər yaralandı

Hind filmi üstündə gedən mübahisədə 100 nəfər yaralanıb.

Hadisə Banqladeşin şərqində qeydə alınıb.

Fantastika janrında olan filmi izləmək üçün restorana toplaşan sakinlər arasında gözlənilmədən dava düşüb. Restoranı alt-üst edən serial həvəskarları bir-birilərinə bıçaq çəkiblər. Onları sakitləşdirmək üçün polis rezin güllə və gözyaşardıcı qazdan istifadə etməli olub./qafqazinfo.az/

MediaFax