Kənd sakinini çöl pişiyi dişlədi

Sabirabad rayonunun Muğan Gəncəli kəndində mal-qara saxlanılan fermaların birində 27 yaşlı kənd sakini Cəbrayılov Ruslan Əlizamin oğlunu otlaq sahəsində çöl pişiyi dişləyib.

Vəhşi heyvan Ruslanı baldır nahiyəsindən dişləyib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına müraciət etmiş Ruslan Cəbrayılova quduzluq əleyhinə zərdab vurulduqdan sonra o evə buraxılıb./virtualaz.org/

MediaFax