Keçmiş məhkumda tapança tapıldı - Bakıda

Bakıda əvvəllər məhkum olunmuş şəxsdə silah aşkarlanıb.
 
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Məmmədovdan 1 ədəd 9 mm-lik Makarov markalı silah aşkar edilərək götürülüb./APA/

MediaFax