Keçmiş məhkum yenə cinayət etdi - Bakıda

Bakıda keçmiş məhkum dələduzluq edib.

Bakı şəhər sakini 1960-ci il təvəllüdlü Qasım Əhəd oğlu Rzayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, yanvarın 18-də əvvəllər məhkum olunmuş 1961-ci il təvəllüdlü Daşdəmir Təbriz oğlu Məmmədova satmaq üçün verdiyi 99 000 manat dəyərində dəmir borunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax