Keçmiş məhkum əlini qana boyadı

Ağdaşda keçmiş məhkum qonşusunu qətlə yetirib.
 
Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, noyabrın 8-də Ağdaş şəhərində rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov münaqişə zəminində həmyerlisi Bəkir Baxşəliyevi bıçaqla qətlə yetirib.
 
Ağdaş RPŞ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində R.Qurbanov tutulub.
 
MediaFax