Keçmiş baş nazirə cərimə kəsildi - 1 milyard dollar

Tailand hakimiyyəti  korrupsiya və vəzifəsinin icrasındakı səhlənkarlığa görə hökumətin keçmiş başçısı Yinqlak Çinavatanın ödəyəcəyi cərimənin məbləğini müəyyənləşdirib.
 
Xüsusi komissiyanın qərarı ilə keçmiş baş nazir 35,7 milyard bat (1 milyard dollardan çox) ödəməlidir.
 
Çinavataya qarşı araşdırma fevral ayında başa çatıb. Nəticədə müəyyən edilib ki, o, 2013-2014-cü illərdə kəndliliərdən düyü alınmasında dövlət proqramının icrasında səhlənkarlığa yol verib.

Nazirlər Kabinetinin sabiq rəhbəri özünü günahkar hesab etmir və ona qarşı irəli sürülən ittihamı qurama adlandırır. Cərimə qərarından sonra o, indiki hökuməti ikili standartlarda qınayıb.
 
"Düyü işi”nə hazırda məhkəmədə baxılır. Əgər ittiham sübut olunarsa, Çinavat ən azı 10 il həbsxanada oturmalı olacaq./modern.az/

MediaFax