Keçəl kişilər bu xəstəliyə tutulmur

Saçlarını itirmiş və itirməkdə olan kişilərin bir çoxu buna görə kompleks yaşayırlar, hətta depressiyaya düşənləri belə olur.
 
Ancaq kişilərin saçlarını itirməsinə görə bu qədər dərd etməsinə gərək yox imiş. Çünki keçəl və keçəlləşməkdə olan kişilər ağıllı, məlumatlı, təhsilli, yüksək sosial statusa sahib, dürst və yardım sevər olaraq qəbul edilir. 

Keçəllik ta qədimdən mövcud olub və tibb bu günkü qədər inkişaf etmədiyindən keçəlliyin təbii yolla müalicəsini axtarıblar. Vikinqlər keçəlliyə qarşı qaz nəcisindən istifadə edirlərmiş. Antik yunan həkimi Hippokratın reseptinə görə isə göyərçin nəcisinə turp və gicitkən otu qatmaq lazım imiş. Misirlilər isə 5000 il əvvəl yağ və bala qarışdırdıqları yanmış kirpi tikanı və dırnağından keçəlliyin dərmanı kimi istifadə edirlərmiş. Kleopatra Sezarın keçəlliyinə tırtıllı siçan, at dişi və ayı yağı qarışığından ibarət olan bir məlhəm hazırlatdırırmış. Ancaq bunun heç bir faydası olmayıb. 

Günümüzdə isə keçəlliyə qarşı bahalı kremlərdən, xüsusi şampunlar, son çarə olaraq saç əkilməsi üsulundan istifadə edilir. Dünyada hər il bunun üçün 3,5 milyard dollar xərclənir.  Araşdırmalar göstərir ki, pul ya da həyat yoldaşı yerinə saçlarının olmasını istəyən kişilərin sayı yüzdə altmış təşkil edir. Bu rəqəmlərə nəzər yetirdikdə hardasa səhv edildiyini düşünmək olar. Çünki keçəl kişilər daha ağıllı, dominant və yüksək status sahibi kimi qəbul edilirlər. 

Maraqlıdır, bəs görəsən keçəllik necə meydana gəlir? 

Keçəlliyə yol açan səbəb testosteron hormonunun təsirli bir şəkildə parçalanmış dihidrotestosteron (DHT) adlı yan maddəsidir. Bu maddə saç folekullarının kiçilməsinə səbəb olur. Keçəlliyə səbəb olan follikul hassasslığı isə anadan keçən bir irsi xüsusiyyətdir. 30 yaşına çatan kişilərin yüzdə 25-30-nun saçı tökülməyə başlayır. Keçəllik pis bir şey olsaydı, yəqin ki, bu günə qədər bu irsi xüsusiyyəti hansısa şəkildə aradan qaldırardılar.

Keçəlliklə bağlı daha bir sual meydana çıxır, görəsən bu ancaq kişilərə xas problemdirmi? 

Barry Universitetindən psixoloqu Frank Muscarellaya görə, təbiətdə qadınlarda olmayan bir şey kişilərdə varsa, bu yaxşı xüsusiyyət kimi qəbul edilir.  Digər bir məsələ görə isə erkək tovuz quşu necə yoldaş tapmaq üçün quyruğu ilə diqqət çəkirsə, kişilərdəki keçəllik də qadınlara cazibədar gəldiyi üçün inkişaf edən bir təkamül ola bilər. Daha əvvəlki araşdırmalarda qadınların keçəl kişiləri seksual hesab etmədikləri ortaya çıxmışdı. Lakin bunun səbəbi ancaq yaşlı kişilərin keçəl olması və qadınların da yaşlıları cazibədar hesab etməməsi olub.

Muscarella 2004-cü ildə apardığı bir təcrübədə fərqli keçəllik dərəcələrində olan kişilərin fotoşəkillərini 101 kişi və 101 qadına göstərərək onların xarakterləri haqqında ehtimal etməyi və cazibədarlıqlarına görə qiymətləndirməyi istəyib. Təcrübədə iştirak edənlər keçəl və keçəlləşməkdə olan kişilərə yüksək bal verib. 

Muscarella keçəlliyin yüksək sosial status siqnalı verməsiylə yanaşı, keçəl kişilər daha az təcavüzkar olurlar. Belə kişilər həm də daha dominant görünür. Bir məsələ də var ki, keçəl kişilərin prostat xərçənginə tutulması riski daha azdır. Prostat xərçəngi və keçəllik ailədən irsi yolla əldə edilən hormon həssaslığı ilə bağlıdır. D vitamini əskikliyi prostat xərçəngində əhəmiyyətli bir faktor olaraq qəbul edilir. Bu vitamin isə günəş vasitəsilə daha çox qəbul edilir. Keçəllər isə günəşdən daha yaxşı faydalandığı üçün onlarda D vitamini əskikliyi çox az müşahidə edilir./moderator.az/

MediaFax