Kartofun içərisi qırmızı rəngdə olarsa... - Video

Beyləqanda bir nəfər bazardan kartof alıb. Evdə doğrayarkən kartofun içinin qırmızı olduğunu görüb.

Xəzər xəbər-in məlumatına görə, bazardan kartof aldı, içərisi qırmızı rəngdə çıxdı.

Beyləqan sakini kartofu Beyləqan şəhərində bazardan aldığını deyir.

Biz də paytaxtdakı bazarlarda belə halların olub-olmamasını araşdırdıq. Məlum oldu ki, başqa alıcılar da belə hala rast gəlib.

Elə satıcılardan da bəziləri belə halların olduğunu deyir. İçərisi qırmızı kartofa həm yerli, həmdə xaricdən gətirilən məhsullarda rast gəlinir.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xdiməti ilə əlaqə saxladıq.Qurumdan bildirildi ki,kartof labaratoriyada analizdən keçdikdən sonra münasibət bildirmək olar.Ümumilikdə isə qurumdan dedilər ki,burada müxtəlif səbəblər ola bilər.

Əgər torpaqda fosfor, kalium, dəmir çox olarsa kartofun içərisi qırmızı olur. Bununla yanaşı kartofun sortundan da çox şey aslıdır.Belə kartofdan istifadə insan orqanizmi üçün təhlükəli deyil.Hansısa vətəndaş belə halla qarşılaşdıqda qurumun labaratoriyasına müraciət edə bilər.

Qeyd edək ki, bu il ərzində Dövlət Fitosanitar Nəzarəti Xdiməti tərəfindən 54 min 167 kiloqram yararsız kartof dövriyyədən çıxarılaraq məhv edilib.
 

MediaFax