Karlovun qatili ilə bağlı Yeni məlumat

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mövlud Mərd Altındaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar gəlməkdə davam edir.

Karlovu öldürən polis məmuru Mövlud Mərd Altındaşa aid "Gmeil” hesabındakı məktubların qətl hadisəsindən 2 saat sonra silindiyi ortaya çıxıb.

Cinayətkarın qaldığı evlərdə ələ keçirilən kompüter və mobil telefonu Kibercinayətlə Mübarizə İdarəsi tərəfindən araşdırılmağa başlanılıb. Onun 4 xana ilə şifrələnən mobil telefonuna başqa bir xətlə daxil olmaq mümkün olub. Təcavüzkarın istifadə etdiyi SİM kart da araşdırılıb. Prokurorluq əhəmiyyətli bir məlumat əldə edib. Səfirin qatilinin kompüterində, axtarış servisi Quqlun "Gmeil" poçt hesabı olduğu təsbit edilib. İnformasiya mütəxəssisləri Altındaşın hesabındakı məktubların hücumdan sonra silindiyini təyin ediblər.

Saat 19.10-da Karlovu qətlə yetirib saat 19.41-də öldürülən Altındaşın "Gmeil” hesabındaki məktubların saat 21.30-da şəxsiyyəti müəyyən edilməyən bir nəfər tərəfindən silindiyi ortaya çıxıb. Geri qaytarma qutusunu da araşdıran mütəxəssislər mesajların heç bir qalıq buraxılmadan silindiyini müəyyən ediblər.

Prokurorluq indi Altındaşın hesabına kimin girdiyini, məktublarını kimin sildiyini tapmaq üçün istintaqı daha da gücləndirib. "Gmeil” ofisindən də mesajların çıxarışı istənilib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb./qaynarinfo.az/
 
MediaFax