Jurnalistləri canlı yayımda güllələdilər

Dominikan Respublikasında radionun birbaşa efirində 2 jurnalistin öldürülməsindən sonra 3 nəfər saxlanılıb.
 
Jurnalistlərdən biri 103FM radiosunun efirində "Facebook”la birbaşa yayım aparıb.
 
Aparıcı Luis Manelya Medinanın iki dəqiqə çəkən çıxışından sonra efirdən atəş səsləri və qadın qışqırtısı eşidilib. Medinadan başqa prodüsser Leo Martines də ölüb.
 
Daha bir qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Polisdən verilən xəbərə görə, hücum Dominikanın paytaxtı Santo-Dominqonu şərqindəki San-Pedri-de-Makorisdə qeydə alınıb.
 
Saxlanılanlara hələ ki ittiham irəli sürülməyib. Polisdən bildirilib ki, hücumun motivləri bəlli deyil./modern.az/

MediaFax