Jurnalist tamaşaçıları belə təəccübləndirdi - Video

BBC-nin jurnalisti canlı yayımda Ağ Evlə bağlı reportajı zamanı əli ilə tamaşaçıların diqqətini cəlb edib.

Daily Mirror xəbər verir ki, müxbir Con Sopel reportaj zamanı əli ilə aktiv jestikulyasiyadan istifadə edib. Onun qəfildən əlcəksiz görünməsi isə tamaşaçıların diqqətindən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri isə müxbirin bu hərəkətini "sehrbazlıq” adlandırıb.

Daha sonra müxbir özü vəziyyəti izah edib. Onun sözlərinə görə, canlı yayım zamanı telefonu bloklanıb. Həmin vaxt Trampın sitatını oxumalı imiş.
 
Bu səbəbdən qəhvəyi rəngli əlcəyini çıxararaq telefonunu yandırıb./aznews.az/
 

MediaFax