İtinə iPhone 7 aldı

Çinli milyarderin oğlu Van Sikonq Koko ləqəbli itinə 8 iPhone 7 smartfonu hədiyyə edib.
 
Xarici KİV istinadən xəbər verir ki, bu barədə məlumat itin "Weibo” sosial şəbəkəsində yerləşən şəxsi səhifəsində yer alıb.
 
Çində yeni iPhone 7 Plus smartfonlarının qiyməti 7988 yuan (1197 dollar) təşkil edir.
 
Van Sikonq ilk dəfə deyil ki, öz hərəkətləri ilə diqqət cəlb edir. Bundan öncə, o , itinə 37 min dollar dəyərində brilliyant qolbaq və 2 Apple Watch saatları hədiyyə etmişdi./modern.az/

MediaFax