İstirahətə gedən gənc qeyb oldu - Azərbaycanda

Nabrana istirahətə gedən gənc oğlan yoxa çıxıb.
 
Criminal.az xəbər verir ki, bu barədə "Qərib Azər" ləqəbli tanınmış jurnalist Azər Qəribov ''facebook'' profilində məlumat verib.

Yazıb ki, Nabranda istirahətdə olan yaxın dostunun Fuad adlı oğlundan dünəndən xəbər yoxdur.
 
 

Otuz yaşlı gəncin danışıq qabiliyyəti bir qədər zəifdir və ailənin yeganə övladıdır. Onu görənlərdən xahiş olunur ki, ailə üzvlərinə məlumat versin.

MediaFax