Bir qələmdə 16 milyon rəng...

Amerikalı alimlər rəng çalarlarını skan etməyi bacaran "ağıllı” qələm ixtira ediblər.
 
Bu qələm xüsusi mobil proqram vasitəsilə ətraf aləmdən 16 milyondan çox rəng çalarını skan edir və müvafiq olaraq bir neçə saniyə ərzində öz rəngini dəyişdirir.

Qələmə rəngləri tanıyan sensor və skan prosesindən sonra lazımi rəngin mürəkkəbini qələmin daxilində yaratma prosesinə təkan verən "ARM Cortex M-3” mikroprosessoru quraşdırılıb. Qələm qara, ağ, sarı, mavi və qırmızı boyalı kartriclərlə təchiz edilib.

Qurğunu skan edilən obyektə yaxınlaşdıran zaman qələmin içindəki mürəkkəblər müəyyən nisbətdə qarışır və istifadəçi lazımi çaları əldə edir. Qələmin daxilinə yerləşdirilmiş batareya ona yeddi saat ərzində fasiləsiz işləməyə imkan verir./AZƏRTAC/

MediaFax