İstanbuldan qalxan təyyarə quş dəstəsinə çırpıldı

İstanbuldan Antalyaya uçan "Turkish Airlines" aviaşirkətinin təyyarəsi quş dəstəsiylə toqquşduğu üçün geri dönməyə məcbur olub. 

Musavat.com xəbər verir ki, bu barədə məlumat "DHA" agentliyində yer alıb.

Məlumata görə, içərisində 176 sərnişin olan "Airbus A321" sərnişin təyyarəsi yerli vaxtla saat 09:00-da Atatürk hava limanından səmaya qalxıb. Uçuşdan bir neçə dəqiqə sonra təyyarə quş dəstəsi ilə toqquşub.

Buna görə də, kapitan geri qayıtmaq qərarı alıb. Təyyarə adi rejimdə eniş edib. Bildirilir ki, sərnişinlər başqa reyslə Antalyaya yola salınıb.

MediaFax