İsrailə “işləyən” casusu edam gözləyir

Fələstinin hərbi məhkəməsi Qəzza zolağında İsrailə casusluq edən şəxsin barəsində 15 illik həbs qərarı qəbul edib.
 
Fələstin məhkəməsi sözügedən şəxsin İsrailə casusluq etməsini sübut edib.
 
Məhkəmənin qərarında deyilir ki, həbs edilən şəxsin evində müasir dinləmə cihazları və avadanlıqları aşkarlanıb.
 
Adı açıqlanmayan şəxs məhkəmədə etiraf edib ki, həmin avadanlıqlar İsrail kəşfiyyatı tərəfindən ona verilib.
 
Casusun edam edilməsi gözlənilir.

Xatırladaq ki, Qəzza məhkəməsi bundan öncə də İsrail dövləti üçün casusluq etmiş 3 nəfəri həbs edərək edam etmişdi./publika.az/

MediaFax