Qadın maşını aşırtdı, 1 ölü, 2 yaralı

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
 
Hadisə rayonun Qubaxəlilli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini Vüsalə Quliyeva idarə etdiyi "BMW" markalı avtomobili aşırıb. Nəticədə, həmin avtomobildə olan sərnişin Bakı şəhər sakini Məryəm Quliyeva hadisə yerində ölüb, sürücü və digər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./report.az/

MediaFax