İslam Həmrəyliyi Oyunlarına biletlərin qiyməti açıqlandı

İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq
 
Jurnalistlərə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov bildirib ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq. Satışa Novruz bayramından etibarən başlanılacaq.

E.Səfərov əlavə edib ki, biletlərin qiymətləri 2 manatdan başlayacaq: "Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq".

O bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlamasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır./trend.az/

MediaFax